![](uploads/62753xezer.jpg) Topaz Premyer Liqasının XX turunda “Xəzər Lənkəran” doğma meydançasında “İnter”ə 1-2 hesabı ilə məğlub oldu: Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Məncə, oyun tamaşaçıların xoşuna gəldi. Mübarizə apardıq. Güclü rəqibə qarşı oynadıq. “İnter”i qələbə münasibəti ilə təbrik edirəm. Bəli, bu gün uduzduq. Amma qələbəmiz də var. Bu, gənc oyunçuların təcrübə qazanmasıdır. Yaxın vaxtlarda 3 xal da qazanacağıq”.
|