![](uploads/25871bakiyeni.jpg) Topaz Premyer Liqasının XX turunda “Qarabağ”ın qonağı olan “Bakı” 1-4 hesabı ilə məğlub oldu. İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Qarabağ”a qarşı keçirilən oyunda əlimizdən gələni etdik. Qollar çox erkən vuruldu. Təşvişə düşüb iki qol buraxdıq. Çox təcrübəli komandaya qarşı oynayırdıq. "Qarabağı" təbrik edirəm. Əlbəttə, qələbə qazanmaq istəyirdik. Heyətimiz çox gəncdir. Azərbaycan futbolu üçün yeni oyunçular yetişdiririk".
|