![](uploads/49127simurqyeniloqo.jpg) Topaz Premyer Liqasının XX turunda keçirilən “Neftçi” – “Simurq” oyununda qapılara qol vurulmadı. Georgi Çixradze (“Simurq”un baş məşqçisi): "Oyun çox gərgin alındı. Həm "Neftçi", həm bizim komanda qələbə qazanmaq istəyirdi. Oyunu əsas götürüb, heç-heçəni ədalətli nəticə kimi qələmə vermək mümkündür. Birinci hissədəki problemlərimizi nəzərə alıb, ikinci hissədə dəyişikliklərə əl atdıq. Yarımmüdafiəni gücləndirdik və sonradan Özkaranı meydançaya buraxdıq ki, qol vura bilək. Amma qol vurmaq mümkün olmadı. “Neftçi” ilə oyunu unudub, qarşıdakı tura yaxşı hazırlaşmalıyıq”.
|