![](uploads/95312simurqyeniloqo.jpg) Topaz Premyer Liqasının XIX turunda “Simurq” “Xəzər Lənkəran” üzərində 2-0 hesablı qələbə qazandı. George Çixradze (“Simurq”un baş məşqçisi): “Maraqlı və intensiv oyunun şahidi olduq. Oyundan öncə mənə çox adam deyirdi ki, dəyişikliklər “Xəzər Lənkəran”ı zəiflədəcək. Amma oyun göstərdi ki, bu, heç də belə deyil. Matçın ilk dəqiqələrində futbolçularım əsəbi idi. Çünki bir müddətdir ki, rəsmi oyuna çıxmırdılar. İkinci hissə isə fərqli oldu. Elnur Abdullayev bu oyunda həlledici qolu vurdu. Düşünürəm ki, Elnur bu oyuna əlavə motivasiya ilə çıxmışdı. Elnuru yeni komandasında vurduğu qola görə təbrik edirəm. Deməliyəm ki, biz yaradılan qol vəziyyətlərindən maksimum istifadə edə bilmirik. Bunun üzərində işləməliyik”.
|