![](uploads/neftcichamp.jpg) Paytaxtın "Neftçi" klubu cari mövsümdə Unibank Premyer Liqasının çempionu olmuşdur. 30-cu turun oyunları çərçivəsində doğma meydanda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edən "Neftçi" ən yaxın izləyiciləri "İnter" və "Xəzər Lənkəran"ın qolsuz heç-heçə etməsi ilə (0:0) rəqibləri üçün əlçatmaz olub. Qeyd edək ki, "Neftçi" ötən mövsümdə də Unibank Premyer Liqasının qızıl medallarını qazanmışdı.
|