![](uploads/19606azalyeni.jpg) Topaz Premyer Liqasının XIX turu AZAL üçün uğurlu alındı. Belə ki, Tərlan Əhmədovun başçılıq etdiyi AZAL “Neftçi”ni 2-1 hesabı ilə məğlub etdi. Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Gözəl oyun münasibəti ilə hər iki komandanı təbrik edirəm. Xüsusən də, sonluq dramatik alındı. Düzdür, biz ölkə xaricində toplanış keçə bilmədik. Buna baxmayaraq, komanda formalaşdıra bildik. Bu gün qələbə istəyimiz çox idi. Qarşıda vacib oyunlarımız var. “Neftçi” ilə matçda məcburiyyətdən addım atmışdım. Viktor tam hazır olmasa da, oynadı. Edu və Oskarsın yoxluğunu hiss etdirmədilər. Həmişə demişəm, yenə sözümdə dururam - əvəzolunmaz yox, təkrarolunmaz futbolçu var. Mənim üçün rəqiblərin fərqi yoxdur. Bütün komandalara eyni gözlə baxıram. Qələbə bütün pislikləri yaddan çıxarır. Amma nəticədən asılı olmayaraq, mən futbolçularımdan həmişə gözəl oyun tələb edirəm. Hazırda güclü rəqib, zəif rəqib anlayışı yoxdur. Bütün rəqiblərə hörmətlə yanaşmaq lazımdır".
|