![](uploads/68667neftciyeni.jpg) Topaz Premyer Liqasının XIX turunda AZAL-ın qonağı olan “Neftçi” 1-2 hesabı ilə məğlub oldu.
Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Fasilədən sonra ilk oyuna çıxdıq. İlk oyunlar gərgin keçir, ağır olur. Heyətdə müəyyən problemlər vardı. 4 oyunçunun xidmətindən məhrum idim. Buna baxmayaraq, görüşə yaxşı başladıq. Lakin müdafiədə kobud səhvlər etdik. Bu problemlər daim olub. Həmin səhvləri aradan qaldırmalıyıq. Elşən Abdullayevin tez əvəzlənməsi hücumdakı təzyiqin artırılmasına hesablanmışdı. Düşünürəm ki, Elşən yaxşı oynadı. Amma oyunun gedişində hücumçuya ehtiyacımız oldu və Elşəni əvəzlədik”.
|