![](uploads/49306DCIM7142.JPG) Azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına bugün start verilib. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rəhbərlik etdiyi ilk nəzəri məşğələ bir dəqiqəlik sükutla başlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, ədalət təmsilçiləri bir neçə gün öncə avtomobil qəzasında dünyasını dəyişən futzal üzrə FİFA referisi Xəlil Hüseynlinin xatirəsini anıblar. Məşğələ zamanı çıxış edən X.Məmmədov bildirib ki, Antalya toplanışı hakimlərin hazırlığı baxımından çox önəmlidir.
|