![](uploads/10507pfl.jpg) İntizam Komitəsinin bugün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının XVII turunun “Bakı” – AZAL matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XVII turunun “Xəzər Lənkəran” – “Qarabağ” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 12 - ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunur (maddə 52.1).
Topaz Premyer Liqasının XVII turunun “Sumqayıt” – “Qəbələ” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 89 - cu dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunur (maddə 52.1).
Topaz Premyer Liqasının XVII turunun “İnter” – “Neftçi” matçında “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin yarışında XVII turun “İnter” – “Neftçi” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XVIII turunun “Qəbələ” – “İnter” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 87-ci dəqiqəsində “İnter” klubunun 10 №-li futbolçusu Elvin Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 79-cu dəqiqəsində “Qəbələ” klubunun 1 №-li futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirmişdir, bu hakimin gözünnən yayınmışdır. Oyunun video yazısın izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
1.Oyunun 79-cu dəqiqəsində “Qəbələ” klubunun 1 №-li futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirdiyinə görə 3 oyun cəzalanır, klub 3000 manat cərimə olunur. (maddə 38.2).
2.Matçın hakimləri haqqında Hakimlər Komitəsi lazımi tədbirlər görüb İntizam Komitəsinə bildirsin.
Əvəzedici heyətlərin XVIII turunun “Xəzər Lənkəran” – AZAL matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XVIII turunun “Simurq” – “Bakı” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
|