![](uploads/66666simurqyeniloqo.jpg) Topaz Premyer Liqasının 18-ci turunda “Simurq” “Bakı”nı məğlub etdi. Bu qələbə sayəsində “Simurq” fasiləyə 4-cü pillədə getdi. George Çixradze (“Simurq”un baş məşqçisi): “Qələbə qazanmaq vacib idi. Qazanılacaq qələbə bizi turnir cədvəlində irəli aparacaqdı. Vəzifənin öhdəsindən gəldik. Deyim ki, oyun bizim üçün yaxşı başlamadı. Əsəbi idik. Oyun dünən keçirilməli idi. Lakin məlum səbəblərdən təxirə salındı. Bugün isə qarşılaşma erkən start götürdü. Bunun da oyunumuza təsiri oldu. Amma vaxt keçdikcə vəziyyəti düzəldə bildik. Artıq fasilə yaranıb. Biz qısa müddətdə istirahət edəcəyik. Daha sonra Türkiyədə qış hazırlığına start verəcəyik”.
|