![](uploads/77974qabalayeni.jpg) Topaz Premyer Liqasının XVII turunda keçirilən “Sumqayıt” – “Qəbələ” oyunu 1-1 hesabı ilə başa çatdı. Sənan Qurbanov (“Qəbələ”nin məşqçisi): “Qələbə qazanmaq istəyirdik. Məncə, komandamız “Qarabağ”la oyunda yorulmuşdu. “Sumqayıt”la oyunda planımız tez qol vurmaq idi. Təəssüf ki, bunu bacarmadıq. Bütün bunları nəzərə alıb, 1 xal qazandığımızı deməliyəm. Rəqibin təzyiq göstərəcəyini, mübarizə aparacağını bilirdik. Belə də oldu. Penalti epizodu ilə bağlı konkret danışa bilməyəcəyəm. Bunun üçün epizoda baxmaq lazımdır”.
|