![](uploads/9370193701aslan9.JPG) Topaz və Peşəkar Futbol Liqasının təşəbbüsü ilə jurnalistlərə bölgədəki oyunları işıqlandırmaq imkanı yaradılır. Həmin oyunun nəticəsini düzgün tapan idman jurnalisti isə 1000 manat dəyərində mükafata sahib çıxır. Zaqatalada keçirilən “Simurq” – “Qarabağ” (2-3) oyununun nəticəsini düzgün proqnozlaşdıran Məcid Həsənli (sportnet.az) hələ ki, ilk qalibdir. Bugün Peşəkar Futbol Liqasına təşrif buyuran jurnalist mükafatına sahib çıxıb. Ona mükafatı Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev təqdim edib.
|