![](uploads/29377pfl.jpg) Topaz və Peşəkar Futbol Liqasının təşəbbüsü ilə jurnalistlər üçün bölgədəki oyunları işıqlandırmaq imkanı yaradılıb. Jurnalistlərin növbəti belə səfəri Lənkərana olacaq. Belə ki, bu dəfə jurnalistlər “Xəzər Lənkəran” – “Qarabağ” (18.12.2014) oyununa yollanmaq imkanı qazanıblar. Səfərə getməyi arzulayan jurnalistlərdən xahiş olunur ki, 17 dekabr saat 12:00-dək [email protected] ünvanına qeydiyyat üçün müraciət etsinlər.
|