![](uploads/14514neftciyeni.jpg) Topaz Premyer Liqasının XVI turuna “Bakcell Arena”da yekun vuruldu. Həmin oyunda “Neftçi” “Sumqayıt”ı 3-2 hesabı ilə məğlub etdi. Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “4 turdur ki, qələbə qazana bilmirdik. Meydançaya qələbə üçün çıxmışdıq. İlk dəqiqələrdə şanslarımız olsa da, istifadə edə bilmədik. Əvəzində qapımızda qol gördük. “Sumqayıt” yaxşı təsir bağışladı. Buna baxmayaraq, toparlanıb, qələbəni əldə etdik. Biz ilk dəqiqələrdən hücuma atıldıq. Xarakter nümayiş etdirib qələbə qazandıq”.
|