![](uploads/78332qarabagyeni.jpg) Topaz Premyer Liqasının XVI turunda “Qarabağ” “Qəbələ”yə 1-2 hesabı ilə uduzdu. Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Rəqib həddindən artıq istəkli idi. Məğlubiyyətimizə görə çox üzülmədim. Sözsüz, hər bir məğlubiyyət pis təsir edir. Amma rəqibin sevinci mənə məğlubiyyəti unutdurdu. “Qəbələ”də dostlarımız var. Burada futbol üçün işlər görülür. Avropa Liqasının “Qarabağ”a mənfi təsiri olmadı. Avropada nə qədər çox oynasaq, təcrübəmiz bir o qədər də artacaq”.
|