![](uploads/23021tpl1.jpg) Topaz Premyer Liqasının XVI turuna Zaqatalada keçirilən “Simurq” – “İnter” oyunu ilə start verildi. Qarşılaşma 1-1 hesabı ilə yekunlaşdı.
Roman Cəfərov (“İnter”in məşqçisi): “Oyun maraqlı keçdi. Qarşılaşma azarkeşləri gərginlikdə saxladı. Mübarizə var idi. Topu daha çox özümüzdə saxlasaq da, birinci hissədə qol vura bilmədik. Amma ikinci hissədə biz bunu bacardıq. Son dəqiqədə vurulan qola görə futbolçularımızı təbrik edirəm. Kaxaber Sxadadze texniki zonada olmasa da, matçdan öncə futbolçulara öz tapşırıqlarını verir". George Çixradze (“Simurq”un baş məşqçisi): “İstənilən nəticə qeydə alına bilərdi. Qarşılaşma heç-heçə başa çatdı. Son dəqiqədə buraxılan qol bizə çox pis təsir edir. Oyunçular arasında seçim etmək istəmirəm. Futbolçular yaxşı təsir bağışladılar. Növbəti oyunlara hazırlaşmalıyıq”.
|