![](uploads/sasa.jpg) Topaz Premyer Liqasının XV turu Azərbaycan millisinin sabiq
futbolçusu Aleksandr Çertoqanov üçün əlamətdar olub. 34 yaşlı yarımmüdafiəçi ölkə
çempionatında 250-ci matçına çıxıb. Hazırda “Sumqayıt”ın şərəfini qoruyan
milliləşən legioner Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun
keçirən 41-ci futbolçu olub. Ukraynalı bu qədər çox oyun keçirən ilk legioner
kimi də tarixə düşüb.
Yubileyi “Simurq”la qarşılaşmaya təsadüf edən yarımmüdafiəçi Premyer
Liqada 2004/05 mövsümündə debüt edib. 250-yə 11-ci mövsümündə, 6-cı klubla
çatan Çertoqanov bu görüşlərdə 6 qol vurub.
Mövsüm
|
klub
|
oyun
|
qol
|
2004/05
|
Bakı
|
24
|
2
|
2005/06
|
Neftçi (Bakı)
|
25
|
|
2006/07
|
Neftçi (Bakı)
|
19
|
|
2007/08
|
Neftçi (Bakı)
|
22
|
|
2008/09
|
Simurq (Zaqatala)
|
9
|
|
2008/09
|
Neftçi (Bakı)
|
6
|
|
2009/10
|
İnter (Bakı)
|
25
|
|
2010/11
|
İnter (Bakı)
|
29
|
1
|
2011/12
|
Qəbələ
|
28
|
2
|
2012/13
|
Qəbələ
|
21
|
1
|
2013/14
|
Sumqayıt
|
31
|
|
2014/15
|
Sumqayıt
|
11
|
|
11 mövsüm
|
6 klub
|
250 oyun
|
6 qol
|
Qeyd edək ki, Azərbaycan çempionatlarının oyun sayında rekordçusu
Mahmud Qurbanovdur. Onun hesabında 421 matç var.
|