![](uploads/Smqyityeni.jpg) “Sumqayıt” tarixində ilk dəfə “Simurq”a qalib gəlib. Topaz Premyer
Liqasının XV turunun 2:1 hesabı ilə nəticələnən oyununadək 11 dəfə qarşılaşan rəqiblərin
görüşlərində sumqayıtlılar cəmi 1 xal qazanmışdı. 1 heç-heçə edib, 10 dəfə
uduzan komanda 12-ci cəhddə sindromu qırıb. Aqil Məmmədovun yetirmələri həm də mövsümdəki qələbəsiz oyunlar
seriyasına son qoyub. Son 8 oyunda qələbə qazana bilməyən “Sumqayıt” V turun
“Bakı” ilə səfər oyunundan sonra 2 heç-heçə edib, 6 məğlubiyyət almışdı. Sentyabrın
14-dəki qələbədən sonra növbəti uğuru 84 gün gözləməli olub. Meydan sahiblərinə qələbə qazandıran qol yubiley xarakteri daşıyıb. Məhəmməd
Qurbanov komandasının ev oyunlarında 50-ci qolunun müəllifi olub. Bu,
komandanın öz meydanındakı 57-ci qarşılaşmada qeydə alınıb.
|