![](uploads/xezer.jpg) Topaz
Premyer Liqasının XV turunda “Qəbələ”ni məğlub edən “Xəzər Lənkəran” turnir cədvəlinin
4-cü pilləsinə yüksəldi.
Oğuz Çetin (“Xəzər Lənkəran”ın baş məşqçisi):
“Bir oyuna çıxarkən çox arzulu, istəkli olsan, komandanın oyunu da yaxşı
alınır. Futbolçularımız oyun ərzində çox istəkli idilər. Topun daha çox bizdə qalması
və ötürmələrin dəqiq olması nəticəsində qollar vurduq. Rəqibi təzyiqdə
saxladıq. Hər şeyin mükəmməl olduğunu deyə bilmərəm. Komanda istəkli olanda səhvlər
azalır. Rəqibə şans vermədən 3 qol vurduq. Amma daha çox qol vura bilərdik. Mən
geridə qalan oyunları düşündükcə təəssüflənirəm. 18 xalımız var, xal fərqini
daha da azaltmalıyıq. Heç bir rahatlıq olmamalıdır. Biz eyni ciddiyəti qorumalı
və “Bakı” ilə oyuna da qələbə üçün çıxmalıyıq”.
|