![](uploads/Smqyityeni.jpg) Topaz
Premyer Liqasının XV turunda “Simurq”u qəbul edən “Sumqayıt” 2-1 hesablı qələbə
qazandı.
Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi):
“Simurq” həmişə çətin rəqib olub. Bu komandaya qarşı oynamaq bizim üçün çətindir.
“Sumqayıt” komandası Topaz Premyer
Liqasında “Simurq” üzərində ilk qələbəsini qazandı. Biz 9 oyundur ki, qələbə əldə
etmirdik. Gərginlik vardı. Odur ki, bu qələbə bizim üçün çox vacibdir. Fanatlarımızı
və futbolçularımızı təbrik edirəm”.
|