Topaz
Premyer Liqasının XV turunda “Neftçi”ni qəbul edən “Qarabağ” 1 xalla kifayətləndi.
Belə ki, mərkəzi oyunda qapılara qol vurulmadı.
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Yaxşı oyun alındı. Hər iki
komanda intizamlı oyun sərgilədi. Sona qədər sakit çıxış edən futbolçularımdan
razı qaldım. Qarşıda bizi “İnter”lə matç gözləyir. Futbolçuları bu qarşılaşmaya
hazırlamağa çalışacağıq. “Neftçi” ilə oyunda 1 xal qazandıq. Hər bir futbolçu tapşırıqları
yerinə yetirdi. Qol imkanları yaratdıq. Sadəcə, imkanlardan istifadə etmək
mümkün olmadı. Rəqibi də nəzərə almaq lazımdır. “Neftçi” sıradan bir rəqib
deyil. Düşünürəm ki, oyunu istədiyimiz kimi sona çatdırmaq üçün daha təmkinli
olmalıyıq. Oyunda zədə alan Bədavi Hüseynovun ayağı şişib. İnşallah, “İnter”lə
oyuna qədər düzələcək”.
|