![](uploads/neftciyeni.jpg) Topaz
Premyer Liqasının XV turunun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika
stadionunda keçirildi. “Qarabağ” – “Neftçi” görüşündə qapılara qol vurulmadı.
Arif
Əsədov (“Neftçi”nin baş məşqçisi): “Turnir cədvəlində qonşu pillələrdə olan
komandalar oynayırdı. Biz “Qarabağ”la xal fərqini azaltmaq istəyirdik. Maraqlı
oyun oldu. “Qarabağ” həm çempionatda, həm də Avropa Liqasında sabit futbol sərgiləyir.
Bu oyunda hər iki komandanın şansları oldu. Amma düşünürəm ki, oyunun ədalətli
nəticəsi elə 0-0 idi. Hakim ciddi səhvlər etmədi. Sadəcə, ilk hissədə Almeyda
bizim futbolçuya kəllə atdı. Amma ümumi götürsək, Əliyar Ağayevin ciddi səhvi
olmadı”.
|