![](uploads/qarabagyeni.jpg) Azərbaycan kubokunun 1/8 final mərhələsinin MOİK-lə
oyunu “Qarabağ” üçün əlamətdar olub. Qarşılaşmanın 6-cı dəqiqəsinə hesabı açan
İnnosent Emeqara Ağdam təmsilçisinin kubokda 200-cü qolunu vurub. Bu matçadək keçirdiyi
117 qarşılaşmada 199 qol vuran əyalət klubu 1/8 finalda bu rəqəmi 203-ə
çatdırıb. “Qarabağ”ın orta məhsuldarlığı 1,72-yə bərabərdir. Ağdamlılar kubokda
200 və daha çox qol vuran 2-ci komanda olub. Yalnız “Neftçi” daha çox – 219 dəfə
fərqlənib.
Qeyd edək ki, “Qarabağ”ın kubokdakı ilk qolunu
1993-cü il martın 17-də “Gənclik”lə (Şəki) qarşılaşmada Kənan Kərimov vurub.
MOİK-lə qarşılaşma həm də “Qarabağ”ın kubokda 70-ci
qələbəsi olub. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalan Ağdam klubu 2-ci
göstəriciyə malikdir.
|