![](uploads/azkubokyeni.jpg) Azərbaycan kubokunda 2800-cü qol vurulub. Yubiley
qolu 1/8 final mərhələsinin “Neftçala” – AZAL qarşılaşmasına təsadüf edib.
Meydan sahiblərinin futbolçusu Məhəmməd
Alıyev tarixi qolun müəllifi olub. Neftçalada keçirilən görüşün 9-cu dəqiqəsində
hesabı açan futbolçu cari mövsümdə 1/8 finalın ilk, kubok tarixinin 2800-cü
qolunun müəllifi olub.
Cari mövsümün startınadək 2797 qol vurulmuşdu. 1/16
final mərhələsinin iki görüşündə cəmi 2 qol vurulduğundan bu rəqəm 2799-a çatmışdı.
1/8 finalda rəqib qapısına yol tapan ilk oyunçu isə yubiley topunun müəllifi
olub.
Qeyd edək ki, 1992-ci ildə start götürən kubok
yarışlarında indiyədək baş tutan 928 oyunda 2823 qol vurulub. Orta məhsuldarlıq
3,04-ə bərabərdir.
|