Azərbaycan Kuboku, ¼ finalçılar məlumdur 2014-12-03 |
|
Azərbaycan
Kuboku uğrunda yarışlarda 1/8 final mərhələsinə yekun vurulub. 1 oyundan ibarət
olan mərhələdən Premyer Liqa klubları üzüağ çıxıblar. Belə ki, “Simurq”, “Qəbələ”,
“Neftçi”, AZAL, “Qarabağ”, “İnter”, “Bakı” və “Xəzər Lənkəran” (“Araz Naxçıvan”
Topaz Premyer Liqasından və Azərbaycan Kubokundan kənarlaşdırıldığı üçün “Xəzər
Lənkəran” ¼ final mərhələsinə vəsiqə qazanıb) 1/4 final mərhələsində
oynamağı təmin ediblər.
İlk oyunları martın 4-də, cavab oyunları martın 13-də keçiriləcək ¼ final mərhələsində
cütlüklər aşağıdakı kimidir.
"Neftçi" - AZAL "İnter" - "Xəzər Lənkəran" "Bakı" - "Qarabağ" "Simurq" - "Qəbələ"
|
|
|
|
|
|