![](uploads/qarabagyeni.jpg) Azərbaycan
Kubokunun 1/8 final mərhələsində “Qarabağ” MOİK klubunu məğlub edərək, növbəti
mərhələyə adladı.
Namiq Adilov (MOİK klubunun baş məşqçisi): “Oyuna hazırlaşmışdıq. Plan ondan
ibarət idi ki, əks-hücumlarda oynayaq. “Qarabağ”a qarşı oynamaq çox çətindir.
Buna görə də görüşün böyük hissəsini topsuz, ancaq qaçmaqla keçirdik.
Futbolçulara demişdim ki, bizim üçün oyun ərzində 1-2 qol epizodu yarana bilər
və bundan istifadə etmək lazımdır. Oyunçular bunu bacardılar. Biz möcüzəyə ümid
edirdik. Lakin mərhələni adlaya bilmədik. Mən “Qarabağ”a qarşıdakı oyunlarda
uğurlar arzu edirəm”.
Qurban
Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Mərhələni keçməklə qarşıya qoyulan
minimum vəzifənin öhdəsindən gəldik. Soyuq havaya baxmayaraq, azarkeşlərimiz
bizə dəstək oldular. Onlara təşəkkür edirəm. Düşünürəm ki, oyunda hər şey
normal oldu. MOİK klubuna uğurlar arzu etmək istəyirəm. Biz isə növbəti oyuna
hazırlaşmalıyıq”.
|