![](uploads/pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən
iclasında aşağıdakı qərarlar qəbul olunub:
Topaz Premyer Liqasının XIV turunun
“Neftçi” – “Qəbələ” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XIV turunun
“Simurq” – “Qarabağ” matçının 60-cı dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən
meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunur (maddə 52.1).
Əvəzedici heyətlərin XIV turunun “Bakı”
– “İnter” matçının 90+3-cü dəqiqəsində “İnter” klubunun 45 №-li futbolçusu
İlkin Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur
(maddə 48).
Əvəzedici heyətlərin XIV turunun
“Simurq” – “Qarabağ” matçının 81-ci dəqiqəsində “Qarabağ” klubunun 16 №-li
futbolçusu Elçin İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə
olunur (maddə 48).
Əvəzedici heyətlərin XIV turunun “Neftçi”
– “Qəbələ” matçının 77-ci dəqiqəsində “Qəbələ” klubunun 77 №-li futbolçusu
Ehtiram Şahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün
futbolçu 4 oyun cəzalanır, klub 2000
manat cərimə olunur (maddə 42.3).
Azərbaycan I Divizionunun XIII turunun
“Şuşa” – “Energetik” matçının 48-ci dəqiqəsində “Energetik” klubunun 8 №-li
futbolçusu Pərviz Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə
olunur (maddə 48).
Azərbaycan I Divizionunun XIII turunun
MOİK – “Bakılı” matçında “Bakılı”
klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə
olunur (maddə 40).
Azərbaycan
I Divizionunun XIII turunun “Lokomotiv” – “Mil-Muğan” matçının 33-cü dəqiqəsində
“Lokomotiv” klubunun 10 №-li futbolçusu Rəsul Teymurxanlı ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə
olunur (maddə 48).
|