![](uploads/tpl1.jpg) Topaz Premyer Liqasının 14-cü turunda “Simurq” doğma
meydanda “Qarabağ”ı qəbul etdi. Gərgin mübarizə şəraitində keçən oyun “Qarabağ”ın
3-2 hesablı qələbəsi ilə yekunlaşdı.
George Çixradze, “Simurq”
klubunun baş məşqçisi: “Çox maraqlı oyun alındı. Oyunda 5 qolun və çoxlu
sayda qol epizodlarının şahidi olduq. Biz qalib gəlmək istəyirdik. Hesabı
birinci biz açdıq, amma üstünlüyümüzü qoruya bilmədik. Yüksək səviyyəli
komandaya qarşı oynayırdıq. Müdafiədə səhvlərimiz də öz sözünü dedi”.
Qurban Qurbanov, “Qarabağ”
klubunun baş məşqçisi: “Çox maraqlı oyun oldu. Meydançada 90 dəqiqə mübarizə
gördük. Qollu bir qarşılaşmanın şahidi olduq. Futbolçularımı təbrik edirəm. “Simurq”
barədə ən xoş sözlər deyə bilərəm. Düşünürəm ki, avrokubokda çıxış edəcəklər. Rəqibin
oyunu çox xoşuma gəldi. Məşqçinin işini yüksək qiymətləndirirəm. 3 xal
qazanmağımıza şadam. Turnir cədvəlində mövqeyimizi bir qədər də möhkəmləndirdik”.
|