![](uploads/neftciyeni.jpg) Topaz Premyer Liqasının XIV turunda “Neftçi” “Qəbələ”ni qəbul etdi. Hər iki tərəfin cəhdlərinə
baxmayaraq, hesab açılmadı.
Arif Əsədov
(“Neftçi”nin baş məşqçisi): “Heyətdə müəyyən problemlər
var idi. Bizim 3 futbolçumuz cəzalı durumdaydı. Buna baxmayaraq, oyuna qələbə
üçün çıxmışdıq. İki fərqli hissə izlədik. Əgər ilk hissədə komanda öz oyununu sərgiləyə
bilmədisə, ikinci hissədə daha aqressiv təsir bağışladı. Qarşıda oyunlar var.
Biz növbəti oyunlarda xallar toplamağa çalışacağıq. Razıyam ki, ilk hissədə
aqressiv oynamadıq. Düşünürəm ki, fasilədən sonra komandada müəyyən problemlər
meydana gəlib. Oyunlarda eyni heyətə şans verə bilmirik. Çünki bizdə
heyətlə bağlı müəyyən problemlər var. Kollektivdə nizam-intizam vacibdir. Əgər
Araz, Elvin kimi futbolçular irəli getmək istəyirlərsə, nizam-intizamlı
olmalıdırlar. Hesab edirəm ki, bundan öncə verilən qərarlar həmin futbolçular
üçün yararlı oldu”.
|