Tərlan Əhmədov: “Uzun müddətdir ki, öz meydanımızda qələbə qazana bilmirdik 2014-11-29 |
|
Topaz
Premyer Liqasının XIV turunda “Sumqayıt”ı qəbul edən AZAL 3-2 hesablı qələbə
qazandı.
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi):
“Futbolçularıma təşəkkür edirəm ki, belə bir ağır durumda işlərinin öhdəsindən gəldilər. “Qarabağ”la
oyundan sonra heyəti qurmaq çətin idi. Limit məsələsinə görə müəyyən dəyişikliklər
etməli idik. Düşünürəm ki, bugün ilk hissədə hər iki komandanın ifasında
mübarizəli oyun görmədik. Amma ikinci hissədə ssenari dəyişdi. 3-cü qolu
vurduqdan sonra komandanı bir qədər geri çəkdim. Əsas məqsəd rəqibi sürətli əks-hücumlarda
yaxalayıb 4-cü qolu vurmaq idi. Çoxdandır
ki, evdə qələbə qazana bilmirdik. Biz bu gün həmin uğursuz seriyaya son qoyduq.
Qarşıda bizi “Neftçala” ilə çətin kubok oyunu gözləyir. Həmin oyuna
hazırlaşmalıyıq”.
|
|
|
|
|
|