![](uploads/azalyeni.jpg) Topaz
Premyer Liqasının 12-ci turunda AZAL “Qəbələ”ni qəbul etdi. Oyun 3-3 hesabı ilə
başa çatdı.
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Çox mübarizəli bir oyun oldu. Çalışdıq ki, rəqibə ilk dəqiqələrdən imkan verməyək. İki xal
itirdiyimizə görə təəssüflənirəm. Sanki, stadion lənətlənib. 21 dekabr 2013-cü
ildən bəri öz meydançamızda qələbə qazana bilmirik. Üstün olduğumuz oyunların son dəqiqələrində
qapımızda qol görüb, xallar itiririk. Hərdən məndə futbola qarşı antipatiya
yaranır".
|