![](uploads/qarabagyeni.jpg) Topaz Premyer Liqasının XII turunun açılış
matçında “Qarabağ” səfərdə “Bakı” üzərində 4-2 hesablı qələbə qazandı. Həmin
oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov düşüncələrini bölüşüb:
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Maraqlı və qollu bir qarşılaşmanın şahidi olduq. Çox
düşünməyi tələb edən bir oyun idi. Birinci hissədə müdafiədə çox səhv etdik. Bunun üzərində
işləməliyik. Daha diqqətli olmalıyıq. İkinci hissədə toparlanıb, daha yaxşı
oynadıq, qələbə qazandıq. “Bakı” topla çox yaxşı oynayan komandadır. Onlara gələcək
oyunlarda uğurlar arzulayıram”.
|