![](uploads/pfl.jpg) İntizam Komitəsinin
bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Azərbaycan I
divizionun XI turunun “Neftçala” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40).
Azərbaycan I
divizionun XI turunun “Lokomotiv” – “Şəmkir” matçının 90+2-ci dəqiqəsində “Şəmkir”
klubunun 29 №-li futbolçusu Vüqar İbrahimov ikinci sarı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
|