Oğuz Çetin: “Rəqibdən asılı olmayaraq, qol vururuq” 2014-11-02 |
|
Topaz
Premyer Liqasının XI turunda “Xəzər Lənkəran” “Simurq” üzərində 2-1 hesablı qələbə
qazandı.
Oğuz Çetin (“Xəzər Lənkəran”ın baş məşqçisi):
“Elə oyunlar var ki, daha çox mübarizə aparmalısan. Biz bu gün fiziki cəhətdən
güclü, yaxşı müdafiə olunan komandaya qarşı oynadıq. Mübarizə
aparmaqla yanaşı, qol vurmaq çox önəmlidir. Son oyunlarda rəqibdən asılı
olmayaraq, qol vururuq. Rəqiblərimizlə xal fərqini
aradan qaldırmaqdayıq. Məqsəd fasilədən istifadə edib, növbəti görüşlərə
daha yaxşı hazırlaşmaqdır”.
|
|
|
|
|
|