![](uploads/qabalayeni.jpg) Topaz
Premyer Liqasının XI turunun açılış oyununda “Qəbələ” “Bakı” ilə üz-üzə gəldi.
1-1 hesabı ilə başa çatan oyundan sonra “Qəbələ”nin baş məşqçisi Dorinel
Munteanu düşüncələrini bölüşüb:
Dorinel Munteanu (“Qəbələ”nin baş məşqçisi):
“Təəssüf ki, ev oyununda 3 xal qazana bilmədik. Nəticədə bir xalla kifayətləndik.
Bu bizi qane etmir. Rəqib demək olar ki, bir real qol epizodu yaratdı. Bir dəqiqəlik
diqqətsizlik qapımıza qol vurulmasına səbəb oldu. İkinci hissədə çox çalışsaq
da, sonuncu zərbəni vura bilmədik. Qazanılan 1 xal isə, sözsüz ki, heç kimi
razı sala bilməz”.
|