![](uploads/inter.jpg) Topaz
Premyer Liqasının X turunun son oyununda “İnter” “Qarabağ”ı qəbul etdi. Hesabın
açılmadığı oyun barədə “İnter”in baş məşqçisi Kaxaber Sxadadze düşüncələrini
bölüşüb:
Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi):
“Çox maraqlı oyunun şahidi olduq. Birinci hissədə sürətli oyun izlədik. Biz “Qarabağ”ın
oyuna belə aqressiv başlayacağını gözləmirdik. Amma ikinci hissədə biz daha
yaxşı oyun sərgilədik. Keyfiyyət daha yüksək olsaydı, qələbə qazana bilərdik.
Bütün bunlara rəğmən, oyunçularımı təbrik
edirəm. “Neftçi” ilə ağır matçdan sonra bu gün futbolçularım yaxşı oyun göstərdilər. İndi
biz gələcək oyunlara lazımınca hazırlaşmalıyıq”.
|