Topaz
Premyer Liqasının X turunda keçirilən AZAL – “Simurq” görüşü 2-2 hesabı ilə
başa çatdı. Oyunla bağlı danışan AZAL-ın baş məşqçisi Tərlan Əhmədov gələcəyə
ümidlə baxdığını deyib:
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Açığı, oyunun ağır keçəcəyini bilirdik. “Bakı”ya
məğlubiyyətdən sonra komandanı toparlamaq çətin idi. Buna baxmayaraq, fərdi
söhbətlər etdik. Oyunda çevriliş edə bildik. Son dəqiqələrdə qol buraxmaq isə
üzücüdür, xoşagəlməzdir. Futbolda belə hallar olur. Gələcəyə ümidlə baxmaq
lazımdır. Qarşıda çox oyunlar var. Düzdür, bu gün qalib gələ bilmədik. Amma
sevindirici haldır ki, komandam tələb olunan futbolu sərgiləyir. Mən
futbolçularımı ona görə alqışlayıram ki, 0-1 hesabı ilə məğlub durumda
olduğumuz halda 2 qol vurdular. Bizi qarşıda çətin “Neftçi” oyunu gözləyir. Həmin
qarşılaşmaya hazırlaşmalıyıq”.
|