![](uploads/simurqyeniloqo.jpg) Topaz
Premyer Liqasının X turunda “Simurq” səfərdə AZAL ilə üz-üzə gəldi. 2-2 hesabı
ilə başa çatan oyundan sonra keçirilən mətbuat konfransında “Simurq”un baş məşqçisi
George Çixradze düşüncələrini bölüşüb:
George Çixradze (“Simurq”un baş məşqçisi): “Maraqlı oyun keçdi. Biz oyun ərzində
4 qol izlədik. İlk hissədə üstün olan tərəf biz idik. İkinci hissədə AZAL daha
üstün çıxış etdi. AZAL-ın bizi ikinci hissədə cəzalandırdığını da deyə bilərik.
Oyunun sonlarında biz toparlandıq, xarakter göstərdik. Qarşılaşmanın heç-heçə
bitməsi məntiqli oldu”.
|