Oğuz Çetin: “Öz oyunumuzu sərgiləyə bilmədik” 2014-10-29 |
|
Topaz
Premyer Liqasının X turu “Xəzər Lənkəran” üçün uğurlu alındı. Lənkəran klubu səfərdə
“Sumqayıt”ı 2-1 hesabı ilə üstələdi.
Oğuz Çetin (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Qələbəyə görə şadam. Biz bu
gün ən çətin oyunlarımızdan birini keçirdik. Gənc, mübarizə aparan, yaxşı
hazırlanmış komandaya qarşı oynadıq. “Sumqayıt”ı təbrik etmək istəyirəm, yaxşı
oynadılar. Bizim üstünlüyümüz odur ki, topla yaxşı davranırıq. Bu gün eyni işləri
həyata keçirə bilmədik. Mübarizə ön planda idi. Bundan məmnunam.
Açığı, bu gün öz oyunumuzu sərgiləyə bilmədik. Biz topu özümüzdə yaxşı saxlaya
bilmədiyimiz üçün rəqibin təzyiqi artırdı. Ona görə də son fitə qədər biz təzyiq
altında çıxış etdik”.
|
|
|
|
|
|