![](uploads/bakiyeni.jpg) Topaz Premyer Liqasının X turunda “Bakı” öz meydançasında “Neftçi”yə
1-3 hesabı ilə uduzdu. Həmin görüşdən sonra keçirilən mətbuat konfransında “Bakı”nın
baş məşqçisi İbrahim Uzunca düşüncələrini bölüşüb:
İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Çox baxımlı oyun izlədik. Qarşılaşmada gözəl qolların şahidi olduq. İndiki
durumda “Neftçi” daha güclü komandadır. Amma onlardan geri qalmırdıq. 1-1
hesabından sonra yenə qol vura bilsəydik, oyunda xal qazanmaq mümkün olardı”.
|