![](uploads/neftciyeni.jpg) Topaz Premyer Liqasının X turunda “Neftçi” səfərdə “Bakı”nı
3-1 hesabı ilə məğlub etdi. Oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin
baş məşqçisi Arif Əsədov qələbəni belə şərh edib:
Arif Əsədov (“Neftçi”nin baş məşqçisi):
“Oyundan qabaq futbolçularıma tapşırmışdım ki, hər bir komandaya ciddi yanaşsınlar. Bundan öncəki turda AZAL
meydançaya rahat çıxmışdı. Bundan istifadə edən “Bakı” qələbə qazanmışdı. Odur
ki, oyunda diqqətli olmalı idik. 3-1 hesabı ilə qələbə qazansaq da, oyun çətin
keçdi. Buna baxmayaraq, 3 xal qazana bildik. Oyunçularımı, azarkeşləri təbrik
edirəm”.
|