![](uploads/pfl.jpg) İntizam Komitəsinin bu gün
keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Azərbaycan Kubokunun 1/16 final mərhələsinin MOİK – “Lokomotiv” matçında MOİK
klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə
olunur (maddə 40).
Azərbaycan Kubokunun 1/16
final mərhələsinin “Qaradağ Lökbatan” – “Zirə” matçının 55-ci dəqiqəsində
“Zirə” klubunun 44 №-li futbolçusu Tural Adıgözəlov rəqibi təhqir etdiyinə görə
birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200
manat cərimə olunur (maddə 42.1).
Topaz Premyer Liqasının
IX turunun AZAL – “Bakı” matçının 77-ci
dəqiqəsində “Bakı” klubunun 6 №-li futbolçusu Vüqar Bəybalayev ikinci sarı
vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat
cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının IX
turunun “Qəbələ” – “Sumqayıt” matçından sonra keçirilən mətbuat konfransında
“Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov hakimlərin idarəçiliyi haqqında
qeyri-etik ifadələr işlətdiyinə görə, klub 2000 manat cərimə olunur (maddə 82.3).
Topaz Premyer Liqasının IX
turunun “Neftçi” – “İnter” matçının
61-ci dəqiqəsində “Neftçi” klubunun
azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub
1000 manat cərimə olunur (maddə 52).
Əvəzedici
heyətlərin IX turunun AZAL – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə
40).
Azərbaycan I Divizionunun VIII turunun
“Qaradağ Lökbatan” – “Ağsu” matçında “Qaradağ Lökbatan” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə
olunur (maddə 40).
Oyunun 67-ci dəqiqəsində
“Qaradağ Lökbatan” klubunun 3 №-li futbolçusu Aydın İslamov idmançıya
yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 79-cu dəqiqəsində
“Ağsu” klubunun 14 №-li futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun
cəzalanır, klub 20 manat cərimə olunur (maddə
48).
Azərbaycan I Divizionunun VIII turunun
“Kəpəz” – “Zirə” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə
cəzalandığı üçün klub 100 manat cərimə olunur
(maddə 40) Oyunun 90+2-ci dəqiqəsində “Zirə” klubunun 13 №-li futbolçusu Fərid Quliyev idmançıya
yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun VIII turunun
“Şahdağ” – “Lokomotiv” matçının 66-cı dəqiqəsində “Şahdağ” klubunun 19 №-li
futbolçusu İlkin Sədullayev ikinci sarı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 83-cü dəqiqəsində
“Lokomotiv” klubunun 17 №-li futbolçusu
Samir Quliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
(maddə 42.3).
Azərbaycan I Divizionunun VIII turunun
“Turan Tovuz” – “Neftçala” matçında “Turan Tovuz” klubunun 6 futbolçusu sarı
vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40).
|