![](uploads/qarabagyeni.jpg) Topaz Premyer Liqasında mövsümün
ən uzun qələbə seriyası 5-ə çatıb. Çempionatın lideri “Qarabağ” “Xəzər
Lənkəran”ı 3:2 hesabı ilə məğlub edib.
Bununla da Ağdam
təmsilçisinin qələbələrinin sayı 5-ə çatıb. AZAL (3:0), “Simurq” (1:0),
“Neftçi” (3:1), “Qəbələ” (2:0) ilə oyunların ardından son çempion “Qarabağ” Lənkəran təmsilçisinə də qalib gəlib. Bu 5
görüşdə 12 qol vuran Qurban Qurbanovun yetirmələri cəmi 3 top buraxıb.
Qeyd edək ki, ölkə
çempionatları tarixində 16-cı dəfə 5 və daha çox qələbəni sıralayan Ağdam
təmsilçisinin mütləq rekordu 9-a bərabərdir. 2010/11 mövsümündə ardıcıl 9
qələbə qazanan “Qarabağ” çempion olduğu ötən mövsümdə 7 görüşdə 3 xal qazansa
da, seriyası qırılmışdı.
|