![](uploads/tpl1.jpg) Topaz Premyer Liqasında mövsümün
100-cü qolu vurulub. IX turun startına qədər 89 qolun vurulduğu çempionatın
yubiley topu I dövrənin son matçına təsadüf edib. Turun 11-ci qolu, mövsümdə
100-cü olub. Bu isə “Qarabağ” – “Xəzər Lənkəran” görüşündə baş verib. Görüşdəki
2-ci top yubiley xarakteri daşıyıb. 29-cu dəqiqədə dublunu rəsmiləşdirən
İnnosent Emeqara həm “Qarabağ”ın qələbəsində pay sahibi olub, həm də mövsümün
100-cü qolunun müəllifi kimi tarixə düşüb. Ümumilikdə isə IX turda 14 qol qeydə
alınıb. Bununla da 2 oyunu təxirə salınan, 1 görüşünün nəticəsi ləğv edilən
dövrənin 42 qarşılaşmasında 103 dəfə top qapıdan keçib. Orta məhsuldarlıq
2,45-ə bərabər olub. Qeyd edək ki,
mövsümün ilk qolunu avqustun 9-da “Xəzər Lənkəran”ın üzvü Rauf Əliyev AZAL-la
qarşılaşmada vurmuşdu.
|