![](uploads/neftciyeni.jpg) Topaz Premyer Liqasının IX turunda keçirilən “Neftçi” – “İnter”
görüşü qolsuz bərabərliklə başa çatdı. Oyundan sonra “Neftçi”nin baş məşqçisi
Arif Əsədov fikirlərini bölüşüb:
Arif Əsədov (“Neftçi”nin baş məşqçisi):
“Meydançaya qələbə arzusu ilə çıxmışdıq. Bilirdik ki, “İnter” qapalı oyun sərgiləyəcək.
Ona görə də üç hücumçu ilə mübarizə apardıq. İlk hissədə bərabər oyun olsa da,
ikinci hissədə biz daha üstün idik. Qol epizodları var idi. Lakin bundan
istifadə edə bilmədik. Bu oyunda Emin
Balayevə şans verdik. Zaman keçdikcə ona daha çox güvənəcəyik”.
|