![](uploads/azalyeni.jpg) Topaz Premyer Liqasının VIII
turunda “Araz Naxçıvan”ın qonağı olan AZAL 1 xal qazana bildi. AZAL bu nəticədən
sonra xallarının sayını doqquza yüksəltdi.
Tərlan
Əhmədov (AZAL-ın baş məşqçisi): “Hər
iki komandanın istəyi eyni idi. Həm biz, həm də “Araz Naxçıvan” qələbə qazanmaq
istəyirdi. Futbolçular sona qədər vuruşdular. Hər iki komandanın istəyi çox
olduğu üçün top uğrunda yaxşı mübarizə gedirdi. Biz bu gün müdafiədə səhvlər
etdik. Məhz bunun nəticəsində 2 qol
buraxdıq. “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayevi çoxdan tanıyıram.
Biz bir yerdə futbol oynamış, daha sonra
mən onun rəhbərliyi altında həm klubda, həm millidə çıxış etmişəm. Əsgər müəllimin
vaxtında biz əks-hücumda oynayırdıq. Hər məşqçinin futbola öz baxışı var. Mən
hücum futboluna üstünlük verirəm. Çalışacağıq ki, qarşıdakı oyunlarda daha
yaxşı nəticələr qazanaq”.
|