![](uploads/arif esedov.jpg) Topaz Premyer Liqasının VIII
turunun açılış oyununda “Sumqayıt” “Neftçi”ni qəbul etdi. Oyun qonaqların 1-0
hesablı qələbəsi ilə yekunlaşdı.
Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Oyundan öncə futbolçularla söhbət
etmişdik. Oyuna yaxşı köklənməli idik. Çünki “Sumqayıt” ötən il “Neftçi”dən
xeyli xal almışdı. Futbolçulara bildirmişdim ki, rəqibi saymaq lazımdır. “Sumqayıt”
ikinci hissədə təzyiqi artırdı. Amma biz
dəyişikliklər edib, matçı yenə nəzarətə
götürdük. Flavinyo zədədən yeni qayıdıb.
Biz oyundan öncə də bilirdik ki, Flavinyo ancaq bir hissə oynayacaq.
Araz Abdullayevin əvəzlənməsinə etiraz
etməsinə gəlincə, futbolda belə hallar olur. Amma biz məsələ ilə bağlı ciddi tədbir
görəcəyik”.
|