![](uploads/aqil mem.JPG) Topaz Premyer Liqasının VIII
turunun açılış oyununda “Sumqayıt” “Neftçi”ni qəbul etdi. Oyun qonaqların 1-0
hesablı qələbəsi ilə yekunlaşdı.
Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Uduzsaq belə, mən oyunçularımdan
razıyam. İkinci hissə tam bizim üstünlüyümüz şəraitində keçdi. Uduzmamalı idik.
Ən azından heç-heçə edə bilərdik. Mən futbolçulara təşəkkür edirəm. Mövsümün ən
yaxşı oyununu sərgilədik. Komanda olaraq, istənilən vəziyyətləri araşdırır, təhlil
edirik. Məşq zamanı standart vəziyyətlərdə aldığımız nəticələrlə oyundakı nəticələr
fərqlidir. Slavik Alxasov məşq zamanı elə zərbə vurur ki, az qala qapı toru parçalansın.
Amma oyunda bunu bacarmadı. Futbolçuların keyfiyyətindən çox şey asılıdır”.
|