![](uploads/aslan - pusk.jpg) Bu
gün Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib. Tədbirdə iştirak edən Peşəkar
Futbol Liqasının prezidenti Ramin Musayev bir sıra məqamlara toxunub: “Hər
birinizi püşkatma münasibəti ilə təbrik edirəm. İnşallah, yaxşı mübarizə getsin
və layiq olan qələbə qazansın. Bizim borcumuz istər çempionat, istərsə də kubok
oyununu ədalətli şəkildə təşkil etməkdir. Bəzən müxtəlif informasiyalar ortaya
atılır. Amma özünüz də görürsünüz ki, çempion, kubokun sahibi eləcə də, digər
titulları qazanmış komandalar avrokubok oyunlarında bu yerlərə layiq
olduqlarını sübüt edirlər. Avrokuboklarda çıxış edən komandalarımızdan “Neftçi”
və “İnter” bu mötəbər yarışlarda hakim səhvləri ilə üzləşdilər. Bu iki klubun
çıxışını erkən başa vurmasına hakimlər səbəb oldular. Layiq olan komanda qalib
olmalıdır. Biz eyni zamanda I Diviziona da diqqəti artırmışıq. Artıq Divizionun
bütün oyunları Peşəkar Futbol Liqasının operatorları tərəfindən lentə alınır və
həmin videolar saytımızda yerləşdirilir”.
|