![](uploads/pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Azərbaycan I Divizionunun VI turunun “Şəmkir” – “Şuşa” matçında “Şəmkir” klubunun
5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun VI
turunun “Energetik” – “Zirə” matçında “Energetik” klubunun 4 futbolçusu sarı
vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 60-cı
dəqiqəsində “Energetik” klubunun 5 №-li futbolçusu Tural Məmmədov idmançıya
yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 89-cu
dəqiqəsində “Energetik” klubunun 8 №-li futbolçusu Pərviz Hüseynov rəqibi
təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
Azərbaycan I Divizionunun VI
turunun “Kəpəz” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun futbolçusu Məmmədov
Rəmzinin sənədlərinin saxta olması aşkar olunmuşdur. Futbolçuya və kluba lazımı
sənədləri təqdim etmək üçün müddət verilsə də qeyd olunmuş vaxta kimi sənədlər
təqdim olunmamışdır. İntizam Komitəsinin tələb etdiyi sənədləri təqdim edə
bilmədiyinə görə və matçın protokolunda “Kəpəz” klubunun etirazını nəzərə alaraq
aşağıdakı qərarlar qəbul olunur:
2014/2015
mövsümündə Azərbaycan I Divizionunda Rəmzi Məmmədovun istirakı ilə keçirilən
“Mil-Muğan” klubunun bütün oyunlarına 0:3 hesablı texniki məğlubiyyət verilir
və klub 1000 manat cərimə olunur (maddə 51).
“Mil-Muğan”
klubunun futbolçusu Rəmzi Məmmədova AFFA və PFL-in bayrağı altında keçirilən
bütun yarışlara 1 illik qadağa qoyulur və klub 1000 manat cərimə olunur (maddə
45).
“Kəpəz” klubunun 4
, “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki
klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun VI
turunun “Turan-T” – “Lokomotiv” matçının 87-ci dəqiqəsində “Lokomotiv” klubunun
9 №-li futbolçusu Nicat Əsgərov ikinci sarı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə
48).
Azərbaycan I Divizionunun VI turunun “Qaradağ
Lökbatan” – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə
cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
“Bakılı” klubunun
prezidenti Misir Əbilov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun
cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
|